UEFA prezidenti Mişel Platini yeni təklif irəli sürüb. Futbolinfo.az xəbər verir ki, onun fikrincə Dünya Çempionatında 40, Avropa Çempionatında isə 24 ölkə çıxış etməlidi.
 
Platini bu təklifinin kökündə Afrika ölkələrinin mənafeyi dayanır. Onun fikrincə afrikalıların çempionatda iştirakı üçün Avropadan olan iştirakçıların sayı azaldılmamalıdı:
 
“Məncə, bu, hər kəs üçün yaxşı olar. Bizim afrikalılara və asiyalılara ehtiyacımız var. Avropa yığmalarının sayını azaltmaqla bu qitələrdən olan ölkələrin sayını artırmaq düzgün çıxış yolu deyil. Amma mundialda 40 yığma iştirak etsə, biz Afrika, Asiya, və Amerikadan daha iki yeni iştirakçı qazana bilərik. Hətta Avropadan da əlavə bir ölkəni mundiala qata bilərik. Nəzərə alsaq ki, futbola maraq artıb və artıq 209 futbol asossiasiyası mövcuddu, niyə də yığmaların sayını artırmayaq”?
 
 
İspaniyanın “Barselona” klubunun baş məşqçisi Xerardo Martino La Liqanın son turunda Madrid “Real”ı ilə matçda əvvəlki görüntüsündən uzaq oyun sərgiləyən Lionel Messini dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis həmyerlisini müdafiə edib:

“Messi barəsində heç bir şübhəm yoxdu. Onun oyunu digər klubların azarkeşləri tərəfindən də bəyənilir. O, qol vurmasa da, komandası üçün çox vacib oyunçudu. Əgər insanlar Messinin hazırkı statistikasına baxıb fikir bildirirlərsə, deməli çox yanılırlar”.

 
Martino hətta Messinin ayrı-ayrı mövqelərdə oynayacağı tədqirdə komanda üçün daha faydalı olacağını düşündüyünü bildirib. Argentinalı baş məçqçi “Real”ın hələ də çempionluğa əsas namizədlərdən biri olduğunu açıqlayıb: “Hələ ki, heçnə bitməyib. 6 xallıq fərq hər şey demək deyil. Daha əvvəldən də söylədiyim kimi, “Atletiko” da çempionluq yarışının içindədi”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp