Avropanın aparıcı futbol ölkələrində çempionatlar yenicə qızışmağa başlayıb. Futbolinfo.az xəbər verir ki, geridə qalan turlarda xüsusilə “Böyük beşlik” ölkələrinin klubları maraqlı nəticələrə imza atmaqdadılar.
 
Bəzi komandalar isə öz yollarına məğlubiyyətsiz davam edirlər. Təbii ki, belədə onlar öz çempionatlarının şəriksiz liderlərinə də çevriliblər.
 
Fransa çempionatının yeni milyonçusu – “Monako” ilk 11 həftədə 7 qələbə qazanıb və 4 bərabərliyə imza atıb. Eyni uğuru Loran Blanın rəhbərliyi altında digər fransız klubu PSJ də təkrarlayıb.
 
Almaniya Bundesliqasında “Bavariya” nəhayət ki, hazırda öz layiqli yerini tutmağa nail oldu. Quardiolanın yetirmələri geridə qalan 10 turda 8 qələbə qazanmaqla yanaşı, 2 heç-heçəyə nail olub və zirvədə qərarlaşıb.
 
İspaniya La Liqasında isə “Barselona” 9 qələbə və 1 heç-heçə ilə çempionatdakı rəqiblərini geridə qoyur.
 
İtaliya A Seriyasında isə lider ümumiyyətlə xal itirməyib. Çempionata fırtına kimi başlayan paytaxtın “Roma” klubu yeni baş məşqçisi Rudi Qarsiyanın rəhbərliyi altında 9 oyundan sonra maksimum nəticə göstərib. Bu, nəinki klub, hətta İtaliya çempionatları tarixində rekord nəticədi. Avropanın yeganə xal itirmədən irəliləyən komandası növbəti turda da bu uğurunun davamını gətirsə, o zaman A Seriyasının bütün tarixi ərzində mütləq rekordçusu olacaq. Hazırda isə “Roma” 9 oyunluq qələbə rekordunu “Yuventus”la paylaşır. Daha bir diqqətçəkən məqam “canavarlar”ın 9 oyunda cəmi bir dəfə (!) öz qapısından qol buraxmasıdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp