Fransanın "Monako" klubunun hücumçusu Radamel Falkao qışda Madrid "Real"ına keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, 27 yaşlı forvard hələlik bu haqda danışmaq istəmədiyini deyib:
 
“Təbii ki, "Real"da oynamaq istərdim. Ancaq hələ ki, bu haqda danışmaq istəmirəm. Çünki bu şərəfini qoruduğum kluba hörmətsizlik olar. Mən "Monako"da xoşbəxtəm və ayrılmaq niyyətim yoxdu".
 
Qeyd edək ki, daha öncə maliyyə məsələsində narazılıq yarandığından Falkaonun transferindən imtina edən "Kral klubu"nun mövsümün sonunda yenidən kolumbiyalı futbolçu ilə danışıqlara başlayacağı bildirilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp