Rusiyanın “Terek” klubunun baş məşqçi postuna ilkin namizədlərin siyahısı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, bu siyahıya “Qəbələ”nin baş məşqçisi Yuri Syominin də adı düşüb.
 
Syominin rəqibi kimi Rəşid Rəhimovun adı hallanır. Xatırladaq ki, hazırda Rəhimov işsizdi.
 
Syominin isə “Terek”ə gedişi o qədər də inandırıcı görünmür. Çünki onun hazırda Qəbələ təmsilçisiylə müqaviləsi var. “Qəbələ”nin isə cəmi bir neçə aydı komandaya rəhbərlik edən və kifayət qədər uğurlu olan mütəxəssisi buraxacağı inandırıcı görünmür.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp