Ötən mövsüm “Bavariya” ilə sözləşməsinin müddətini 2017-ci ilə qədər uzadan Tomas Müller “Barselona”ya keçəcəyi ilə bağlı yaranan söz-söhbətlərə son qoyub. Futbolinfo.az xəbər verir ki, ötən günlərdə Barselona şəhərində çəkilmiş şəkilləri ilə mətbuatın gündəminə düşən Müller transfer söyləntilərini gücləndirmişdi.
 
24 yaşlı futbolçu verdiyi açıqlamasında bütün bu xəbərləri təkzib edib: “Barselonaya şəxsi işlərimə görə getmişdim. “Barselona” kimi bir klubla adımın yanaşı çəkilməsi gözəl bir duyğudu. Lakin heç vaxt bu klubla təmasda olmamışam. Məni tanıyanlar “Bavariya”nın qəlbimdə xüsusi bir yeri olduğunu bilir. Burada xoşbəxtəm. Ümid edirəm ki, hələ uzun illər bu klubda qalacam”.
 
11 yaşından bəri klubun şərəfini qoruyan Müller 2009/10 mövsümündən bu yana klubun əsas heyyətində çıxış edir. Klub karyerasında 222 oyuna çıxan forvard 82 qol vurub, 77 qol ötürməsi edib. Almaniya millisində isə 46 oyuna 16 qol vuran Müller 2010-cu ildə keçirilmiş Dünya Çempionatında 5 qolla bombardier olmuşdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp