Futtbol üzrə Hollandiya yığmasının və İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Robin van Persi Adnan Yanuzay haqqında xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, o, 18 yaşlı gənc belçikalını öz cavanlığına oxşadıb:
 
“Yanuzay mənə 10 il əvvəlki oyunumu xatırladır. Lakin o, yeni Van Persi deyil, yeni Adnandı. Karyeram ərzində çox istedadlı gənc futbolçularla oynamışam. Amma Adnan çox istedadlı futbolçular sırasına daxildi”.
 
Qeyd edək ki, 1995-ci ildə anadan olan Yanuzay karyerası ərzində “Brüssel”, “Anderlext” kimi klublarda da çıxış edib. O, 2011-ci ildən etibarən “Mançester Yunayted”də top qovur.  İngiltərə nəhənginin heyətində bu il çıxdığı 5 oyunda Adnan 2 qola imza atıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp