Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sonuncu matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi Rusiya olub.
 
Komandamız tsiklin son matçında müsbət nəticə qazanmağa çalışacaqdı. Amma qrup lideri ilə görüşdə Berti Foqtsun yetirmələrinin işi heç də asan olmayacağı dəqiq idi. Foqtsun yetirmələri oyuna o qədər də yaxşı başlamayıb və erkən qol buraxıb. Hətta matçın sonlarında Maksim Medvedev meydandan qovulub. Buna baxmayaraq, komandamız son dəqiqələrdə Cavadovun cavab qolu ilə son görüşdə də bir xal qazanmağı bacarıb.
 
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
15 oktyabr
 
Azərbaycan – Rusiya – 1:1 (0:1)
Qollar: R.Şirokov, 16 (0:1), V.Cavadov, 90 (1:1)
Qırmızı vərəqə: M.Medvedev, 74.
Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Corceviç, Boşko Yovanetiç (Serbiya).
Hakim-inspektor: Sieqfried Kirşen (Almaniya)
Komissar: Dusan Tittel (Slovakiya).
Bakı. "Bakcell Arena".
 
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 3. Vladimir Levin, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 18. Maksim Medvedev, 21. Araz Abdullayev (19. Rahid Əmirquliyev, 77), 22. Əfran İsmayılov (8. Qara Qarayev, 46), 10. Rüfət Dadaşov (7. Vaqif Cavadov, 83), 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 2. Bədavi Hüseynov, 13. Əli Gökdəmir, 20. Ufuk Budak, 6. Rəşad Sadiqov, 16. Cavid Hüseynov, 9. Cihan Özkara, 17. Vüqar Nadirov.
Baş məşqçi: Berti Foqts.
RUSİYA: 1. İqor Akinfeyev, 4. Sergey İqnaşeviç, 14. Vasili Berezutski, 22. Aleksey Kozlov, 8. Denis Qluşakov, 15. Roman Şirokov (k), 19. Aleksandr Səmədov (10. Pavel Mamayev, 82), 20. Viktor Fayzulin, 23. Dmitri Kombarov, 9. Aleksandr Kokorin, 11. Aleksandr Kerjakov.
Ehtiyat oyunçular: 12. Yuri Lodıgin, 16. Sergey Rıjikov, 2. İqor Smolnikov, 3. Georgi Şennikov, 6. Aleksey Berezutski, 13. Vladimir Qranat, 5. Aleksandr Ryazantsev, 7. İqor Denisov, 17. Oleq Şatov, 18. Vladimir Bıstrov, 21. Fedor Smolov.
Baş məşqçi: Fabio Kapello.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp