19 yaşadək futbolçular arasında AÇ-2014-ün seçmə mərhələsinin oyunları başa çatıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan U-19 yığmasının da yer aldığı 3-cü qrupun görüşləri eyni vaxtda keçirilib.
 
Son turda Arif Əsədovun yetirmələri bu qrupun oyunlarına ev sahibliyi edən İsveçlə üz-üzə gəlib. Təəssüf ki, millimiz bu görüşdə darmadağınla üzləşib.
 
Komandamız ilk oyununda İrlandiyaya 0:2 hesabıyla uduzub, Bosniya və Herseqovina ilə qolsuz heç-heçəyə razılaşıb. İsveç isə Bosniya və Herseqovinaya 4:1 hesabıyla qalib gəldiyi halda İrlandiyaya 0:1 hesabıyla uduzub.
 
6 xala malik İrlandiya artıq vaxtından öncə növbəti mərhələyə vəsiqəni təmin edib. Azərbaycan digər vəsiqəyə sahib çıxmaq üçün mütləq meydan sahiblərinə qalib gəlməlidi.
 
Qrupun digər matçında da İrlandiya Bosniya və Herseqovina ilə üz-üzə gəlib. Bu görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
 
AÇ-2014-ün seçmə mərhələsi
3-cü qrup
 
Azərbaycan – İsveç – 1:5 (0:2)
Qollar: Nordenberq, 16 (0:1), S.Hedlund, 33 (0:2), Olausson, 53 (0:3), Zenelli, 55 (0:4), Nordenberq, 69 (0:5), F.Muradbəyli, 74 (1:5).
Qırmızı vərəqə: A.Nağıyev, 90+3.
Baş hakim: Dimitar Meçkarovski (Makedoniya).
 
AZƏRBAYCAN: 12. Ziyadxan Məmmədov, 3. Şirməmməd Məmmədov (9. Coşqun Diniyev, 46), 4. Sadiq Quliyev (k), 8. Elvin Camalov, 14. Adil Nağıyev, 5. Elvin Bədəlov, 15. Budaq Nəsirov (19. Bilal Abbaszadə, 84), 17. Şamil Camaləddinov, 20. Fəhmin Muradbəyli, 7. Namiq Ələsgərov, 11. Ruslan Nəsirli (18. Samir Məsimov, 58).
Ehtiyat oyunçular: 1. Mustafa Yaman, 6. Kamran Abdullazadə, 10. Orxan Əliyev, 16. Elnur Mustafazadə.
Baş məşqçi: Arif Əsədov.
İSVEÇ: 1. Settelberq, 2. Manns, 4. Andersson (k), 5. Starke Hedlund, 15. Nordenberq, 6. Qustafson, 7. Karlström, 8. Olsson, 13. Zeneli (17. Eliasson, 65), 10. Tankoviç (16. Haqlind Sanqre, 83), 11. Olausson (14. Bohm, 70).
Ehtiyat oyunçular: 12. Klasson, 3. Jarl, 9. Vesterlund, 18. Karlsson.
Baş məşqçi: Tomas Turesson.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp