Futbol üzrə Azərbaycanın U-21 yığmasının və “Bakı”nın futbolçusu Şəhriyar Əliyev bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu haqda futbolinfo.az saytına Əliyevin özü məlumat verib.
 
Buna səbəb onun çox ciddi zədə almasıdı. Bir neçə gün öncə 21 yaşlılardan ibarət millimizin Norveçə qarşı oyunu komandamız üçün uğurlu nəticə ilə (3:1) bitsə də, Şəhriyar üçün eyni sözü demək olmaz. Məsələ burasındadı ki, futbolçunun həmin oyunda çiyin sümüyü sinib.
 
Həkimlər ona hələ 2-3 həftə məşq etməyi qadağan edib. Futbolçu hazırda evində müalicə alır. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
 
Məhz zədə səbəbindən Şəhriyar bu gün AÇ-2015-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya ilə Bakıdakı oyunda da iştirak edə bilməyəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp