Rusiyanın futbol şərhçisi Vasili Utkin Azərbaycanın futbol veteranı Kazbek Tuayevin sərt mülahizələri ilə bağlı fikrini bildirməklə yanaşı, Azərbaycan – Rusiya oyunu haqda fikir söyləyib. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
“Kazbek Tuayev Azərbaycan futbolunun əfsanəsidi. O, çox sərt mülahizələri ilə məşhurdu. Bir əfsanə kimi o, bunu özünə rəva görə bilər. Onun bu oyuna marağı artırması çox yaşıdı. Sabah Bakıda böyük bayram – Qurban bayramıdı. Əlbəttə ki, Azərbaycan yığması öz xalqını sevindirmək istərdi. Özü də bu yığmada son beş-altı illə müqayisədə daha çox azərbaycanlı var. Azərbaycan yığması ilə bu oyunda əsas nəticədi. Bu, hətta gözləniləndən də yaxşıdı. İsrail Portuqaliyadan xal ala bildi. Bizım yığmanın Azərbaycana məğlub olmayacağını hesab etmək haqqımız var. Fabio Kapello ona qələbə lazım olduğunu deyir, bəs o başqa nə deməlidi? Bakıda heç-heçə oynamaq çox qəribə olardı”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp