Futbol üzrə 21 yaxşlılardan ibarət milli komandamızın və “Bakı”nın müdafiəçisi Şəhriyar Əliyev əsas və 21 yaşlılardan ibarət milli komandalarımızın bu gün baş tutacaq oyunları haqda proqnozlarını açıqlayıb. Futbolinfo.az saytına açıqlamasında gənc futbolçu heç-heçəni qənaətbəxş nəticə hesab etdiyini bildirib.
“Hər iki komandamız üçün çətin oyunlar olacaq. İnşallah yaxşı nəticə gözləyirik. Amma çox çətin. Hər iki oyunda heç olmasa bərabərə qalsaq, yaxşı nəticə olar”.
 
Qeyd edək ki, bu gün əsas millimiz DÇ-2014-ün seçmə qrup mərhələsinin oyunları çərçivəsində  Rusiya, U-21 millimiz isə AÇ-2015-in seçmə mərhələsi çərçivəsində Portuqaliya millisi ilə qarşılaşacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp