Növbəti mövsüm klubu ilə müqaviləsi bitəcək “Mançester Yunayted”in futbolçusu Ueyn Runi sözləşməsini yeniləmək fikrində deyil. Futbolinfo.az xəbər verir ki, yay transfer pəncərəsində komandadan ayrılacağı gözlənilsə də, “M.Y.”də qalan ingilis hücumçu ona təklif edilən müqaviləni rədd edib.
 
“Qırmızı şeytanlar”ın Runini razı salmaq üçün çalışdığı bildirilir.
 
Qeyd edək ki, ötən mövsüm “Çelsi” 27 yaşlı oyunçu üçün iki dəfə təklif göndərsə də, istəyinə nail ola bilməmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp