Liviyanın “Əl-Əhli” komandasının misirli baş məşqçisi Hossam Əl-Bədriyə silahlı hücum olub. Futbolinfo.az xəbər verir ki, “Əl-Sovaihili” ilə oyundan sonra Əl-Bədrini 3 silahlı atəşə tutub.
 
Onlar baş məşqçiyə evi qarşısında dayanan avtomobildən atəş açıblar. İnsident nəticəsində mütəxəssis xəsarət almayıb.
 
Qeyd edək ki, Liviya çempionatı ölkədəki silahlı münaqişə üzündən yaranmış 2,5 illik fasilədən sonra bərpa edilib. Əvvəllər Hossam Əl-Bədri Misirin “Əl-Əhli” komandası ilə Afrika Çempionlar Liqasını qazanıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp