Şahin Diniyevin “Rəvan” klubuna baş məşqçi təyin olunmasından sonra AZAL klubunun əvəzedici heyətindən ayrılaraq, “Rəvan”ın məşqçilər korpusuna gələn Nazim Əliyevin yerini tutan şəxs müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bundan sonra AZAL klubunun əvəzedici heyətinə ingilis mütəxəssis Daril Villard rəhbərlik edəcək.
 
Buna qədər AZAL klubunda aşağı yaş qruplarının rəhbəri vəzifəsini tutmuş ingilis məşqçi bundan sonra əvəzedici heyətə də rəhbərlik edəcək. O, artıq yeni işinin icrasına rəsmən başlayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp