DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Polşa ilə qarşılaşacaq İngiltərə millisinin futbolçusu Frenk Lempard oyunöncəsi fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, ingilis futbolçu Braziliyada keçiriləcək dünya çempionatında iştirak etmək istədiyini bildirib:
 
“Polşa ilə oyun bizim üçü çox vacibdi. Ona görə yox ki, bu mənim son mundialım olacaq. Ona görə ki, İngiltərə millisi bütün dünya çempionatlarında iştirak etməyə layiqdir. Əgər biz tarix yazmaq istəyiriksə, mütləq Braziliyaya getməliyik. Mən və Cerrard uzun müddətdi ki, millidə çıxış edirik. Dünya çempionatında oynamaq fantastik olardı. Əgər mundiala gedə bilməsək, bizim üçün faciə olacaq. Ancaq inanıram ki, Polşanı məğlub etməklə Braziliyaya gedəcəyik”.
 
Qeyd edək ki, İngiltərə-Polşa matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp