Bu gün Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda futbol üzrə Azərbaycan və Rusiyanın veteranlardan ibarət yığmaları qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, oyun heç-heçə ilə başa çatıb.
 
Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma ikinci hissədə yığmamız bərabərlik qolunu vura bilib.
 
Veteranlar arasında yoldaşlıq oyunu
15 oktyabr
 
AZƏRBAYCAN – RUSİYA – 1:1 (0:1)
Tatarkin, 25 (0:1), Məmmədov, 67 (1:1)
 
Komandalar bu oyunda aşağıdakı heyətlərlə mübarizə aparıblar:
 
Azərbaycan: Elxan Həsənov, Camaləddin Əliyev, Şakir Qəribov, Novruz Əzimov, Nadir Əliyev, Tərlan Əhmədov, Mehman Yunusov, Ədahim Niftəliyev, Oqtay Abdullayev, Yaşar Hüseynov, İlqar Hüseynov, Mahmud Qurbanov, Vidadi Rzayev, Mübariz Orucov, Aqil Məmmədov, Yunis Hüseynov, Şahin Diniyev, Elçin Xudadatov, Samir Ələkbərov, vəli Qasımov, Mehman Allahverdiyev, Musa Qurbanov, Maşallah Əhmədov, Paşa Əliyev, Nazim Əliyev, Müşfiq Hüseynov.
Baş məşqçi: Ağasəlim Mircavadov
Rusiya: Andrey Polyakov, Dmitriy Kuznetsov, albert Askolkov, Erik Yaximoviç, Yevgeniy Lovçev, vyaçeslav Daev, Valeriy Şmarov, Aleksandr Şmarko, Vladimir Maminov, Vladimir Kulik, Denis Maşkarin, Oleq Kornauxov, Yuriy Tatarkin, Pyotr Barkalov.
 
Baş hakim: Xəqani Məmmədov
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp