Bu gün futbol üzrə DÇ-2014-ün seçmə mərhələsində son turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, son oyun günündə Azərbaycan millisinin yer aldığı F qrupunda daha iki görüş baş tutub.
 
Portuqaliya yığması öz meydanında Lüksemburqu qəbul edib. Meydan sahibləri darmadağınla qalib gəlsələr də, bu, lider Rusiyanı keçməyə yetərli olmayıb. İsrail isə doğma meydanda Şimali İrlandiyanı sınağa çəkib. Bu qarşılaşmada da heç-heçə qeydə alınıb.
 
Nəticədə, Rusiya ilə evdə heç-heçə edən Azərbaycan seçmə mərhələni dördüncü pillədə başa vurub. Rusiya birinci yerlə dünya çempionatına birbaşa vəsiqə qazanıb. Portuqaliya ikinci yerlə pley-offa vəsiqə əldə edib. İsrail üçüncülüklə kifayətlənib. Son iki pillə isə Şimali İrlandiya ilə Lüksemburqa qismət olub.
 
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
15 oktyabr
 
Portuqaliya – Lüksemburq – 3:0
Qollar: Varela, 30, Nani, 37, Poştiqa, 79.
 
İsrail – Şimali İrlandiya – 1:1
Qollar: Ben Basat, 43 – S.Deyvis, 72.
 
1
Rusiya
10
7
1
2
20
5
15
22
2
Portuqaliya
10
6
3
1
20
9
11
21
3
İsrail
10
3
5
2
19
14
5
14
4
Azərbaycan
10
1
6
3
7
11
-4
9
5
Şimali İrlandiya
10
1
4
5
9
17
-8
7
6
Lüksemburq
10
1
3
6
7
26
-19
6
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp