Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçirilmiş Rusiya ilə oyundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:1 hesabıyla başa çatan görüşdən sonra öncə bunları söyləyib:
 
– Komandamı təbrik edirəm. Çox çətin heç-heçəyə nail oldular. Həm də nəzərə almaq lazımdı ki, 15 dəqiqə azlıqda oynadıq. Amma buna baxmayaraq, bərabərlik qolunu vura bildik. Belə bir rəqibə qarşı oynamaq heç də asan deyildi. Mən son saniyələrə qədər komandamın hesabı bərabərləşdirəcəyinə inanırdım. Bu gün hiss olundu ki, futbolçularımız hələ dörd gündə ardıcıl iki oyuna çıxmağa alışmayıblar. Azarkeşlərin hər birinə təşəkkürümü bildirirəm ki, bu bayram günündə gəldilər, bizi əvvəldən axıra kimi dəstəklədilər. Rusiyaya dünya çempionatında uğurlar arzulayıram. Eyni zamanda da Almaniya yığmasına.
 
– Siz oyundan sonra futbolçularınızla çox ürəkdən qucaqlaşırdınız. Bu, vida idi, yoxsa təbrik?
– Gəlin oyundan danışaq.
 
– Siz Vladimir Levinin çıxışından razı qaldınız?
– Hər bir oyunçu səhv edə bilər.
 
– Hesab etmirsiz ki, qazandığımız 9 xaldan 5-ni Kamran Ağayevin sayəsində əldə etmişik?
– Futbol komanda oyunudu. Qapıçı da öz komandasını qoldan xilas etməyi bacarmalıdı. Bu, güləş ya da boks deyil.
 
– Əgər ruslara qələbə qazanmaq lazım olsaydı, siz başqa taktika seçərdiniz?
– Əlbəttə.
 
– Hesab etmirsiz ki, bu heç-heçə taktikanın yox, komanda ruhunun nəticəsində əldə olundu?
– Biz azlıqda qalandna sonra bəzi dəyişikliklər etdik. Bu da oyunun gedişatını dəyişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp