Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilmiş oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
 
– Rəqib komandanın qapıçısı çox möhtəşəm oynadı. Bizim çoxlu qol vəziyyətlərimiz vardı. Azərbaycanın isə bircə qol epizodu oldu, ondan da yararlandı.
 
– Azlıqda qalan rəqibdən qol buraxmaq arxayınlığa işarədi?
– Əlbəttə, bu, bizim gözlədiyimiz nəticə deyildi. Rəqibimizə hörmətlə yanaşırdıq. Dediyim kimi, rəqib qapımız qarşısında cəmi bircə qol epizodu yarada bildi. Hər halda bu, onlara qarşı necə ciddi hazırlaşdığımıza işarədi. Biz bu tsikldə əlavə vaxtda üçüncü dəfə qol buraxmış olduq. Buna görə futbolçularımıza narazılığımı bildirdim.
 
– Aleksandr Səmədovun əvəzlənməsi sırf oyunu ilə bağlı idi, yoxsa azarkeşlərin münasibəti ilə?
– Onun sarı vərəqəsi var idi. Buna görə də risk etmək istəmədik.
 
– Siz niyə bu oyuna daha yaxşı şəkildə nöqtə qoymaq əvəzinə topu özünüzdə saxlamaqla vaxt aparmağa çalışırdınız?
– Siz bunu son dəqiqələrə aid edirsiz?
 
– Elə oyunun gedişində də belə hallar diqqət çəkirdi…
– Mənə elə gəlir ki, sizinlə iki fərqli matça baxmışıq. Birincisi, nəzərə almaq lazımdı ki, biz 1:0 hesabıyla öndə idik. “Barselona” topu özündə saxlayanda hamının xoşuna gəlir. Biz bunu edəndə isə tənqid olunuruq. Son üç dəqiqəyə gəlincə, bu, sırf mənim göstərişim idi. Çünki riskə getmək istəmirdik.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp