21 yaşadək futbolçular arasında AÇ-2015-in seçmə mərhələsi çərçivəsində yığmamızın yer aldığı 8-ci qrupda daha bir oyun keçirilib. Futbolinfo.az xəbər verir ki, bir neçə gün öncə millimizin qalib gəldiyi Norveç doğma meydanda İsraillə qarşılaşıb.
 
Görüş İsrailin 3:1 hesablı səfər qələbəsi ilə başa çatıb. Hansı ki, yığmamız da norveçliləri məhz oxşar hesabla məğlub etmişdilər.
 
İsrailin bu qələbəsi sözügedən komandanın Azərbaycanı qrupda üçüncü yerə salması ilə nəticələnib.
 
Maraq üçün xatırladaq ki, yığmamız da ötən gün Bakıda Portuqaliyaya 0:2 hesabıyla uduzub.
 
1
Portuqaliya
3
3
0
0
10
1
9
9
2
İsrail
3
2
0
1
10
6
4
6
3
Azərbaycan
4
1
1
2
5
10
-5
4
4
Norveş
4
1
0
3
5
12
-7
3
5
Makedoniya
2
0
1
1
1
2
-1
1
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp