Futbol üzrə Albaniya yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində son matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, albanlar səfərdə Kiprlə qarşılaşıblar.
 
Oyun qolsuz heç-heçə ilə başa çatıb.
 
Qeyd edək ki, bu oyunda “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli də iştirak edib. O, 90 dəqiqə meydanda olub.
 
Albaniya yığmasında çıxış edən “Qarabağ”ın digər futbolçusu Admir Teli isə ehtiyatda qalıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp