Joze Mourinyonun keçmiş köməkçisi ona rəqib olmağa yaxındı. Futbolinfo.az xəbər verir ki, söhbət 2010-13-cü illərdə “Real”da portuqaliyalının köməkçiliyini edən Aytor Karankadan gedir.
 
İngiltərə Premyer Liqasında mübarizə aparan “Kristal Palas” ispaniyalının xidmətində maraqlıdı. Bu barədə  “The Independent” xəbər yayıb. İngiltərə çempionatının autsayderi postunu tərk etmiş Yan Xolloveyə əvəz axtarır. Klub prezidenti Stiv Periş ötən günlərdə Aytorla danışıb. Premyer-liqanın sonuncu pilləsinqə qərarlaşmış klub mütəxəssisdən cavab gözləyir.
 
Karanka “Kristal Palas”ı çalışdırmağa razılıq verməsə, rəhbərlik Uels  yığmasının baş məşqçisi Stiv Koulmenə təklif göndərməyi düşünür.
Shares: