Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Rusiya oyununun ən yaxşıları müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, “Sport-Ekspress” nəşri Rusiya yığmasının heyətində ən yaxşı futbolçu kimi Azərbaycan əsilli yarımmüdafiəçi Aleksandr Səmədovu fərqləndirib.
 
Səmədov 7 balla ən yüksək qiymətə layiq görülüb.
 
Yığmamızın heyətində isə ən yaxşı qapıçı Kamran Ağayev seçilib. Səmədov kimi, o da ən yüksək qiymət – 7 bal alıb.
 
Digər oyunçularımızın qiymətləri isə belədi:
 
Mahir Şükürov – 6,0, Vladimir Levin – 4,5, Rəşad Sadıqov – 5,0, Elnur Allahverdiyev – 5,5, Əfran İsmayılov – 5,5, Qara Qarayev – 5,5, Maksim Medvedev – 4,5, Ruslan Abışov – 6,0, Araz Abdullayev – 5,5, Rahid Əmirquliyev – 5,5, Rüfət Dadaşov – 5,5, Vaqif Cavadov – 6,5, Rauf Əliyev – 5,5.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp