Futbol üzrə Rusiya yığmasının kapitanı Roman Şirokov dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Rusiya (1:1) oyunu haqda fikirlərini bölüşüb. Futbolinfo.az sizi rusiyalı futbolçunun açıqlamaları ilə tanış edir:
 
“Təbrik? Nə münasibətlə? Yenə də son dəqiqədə qol buraxdığımız üçün? Nədənsə hamı cərimə meydançasında “oturdu” və burada zərbə vuran oyunçu ilə bacarmadıq. Sadəcə biabırçılıqdı. Bu, ümumi səhvdi. Bu səbəbdən hamı belə narazıdı. Paltardəyişmə otağında Fabio Kapellonun bu barədə nə dediyindən qəzetlərdə yazmasalar yaxşıdı. Onunla tamamilə razıyam. Azərbaycan azlıqda oynayırdı və biz belə bir qol buraxdıq. Hesabda minimal üstünlüklə oyunu son dəqiqələrdə qızışdırmaq yaxşı məşğuliyyət deyildi. Özü də bizim qol vəziyyətlərimiz olmuşdu. Son dörd oyunda buraxdığımız üçüncü belə qol isə sadəcə yolverilməzdi. Gləcəkdə buna əncam çəkmək lazımdı”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp