“Simurq"un keçmiş baş məşqçisi Sergey Yuran dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Rusiya (1:1) oyununa qiymət verib. Futbolinfo.az xəbər verir ki rusiyalı mütəxəssis yığmamızı xeyli tərifləyib:
 
– Elə də güclü olmayan rəqiblə heç-heçə ağır təəssürat yaratmadı ki?
– Necə bəyəm, Azərbaycan ən zəif komandadı? Bakıda alman mütəxəssisin rəhbərlik etdiyi mütəşəkkil komandaya qarşı oynadıq. Biz məgər on qol vurmalı idik? Axı onlar da futbol oynayırlar. İndi komandaları zəif və güclüyə bölmək olmaz. Lüksemburqu və ya hər hansı Kipri asanlıqla udmaq olmaz. İndi hamı oynaya bilir. Biz səfərdə oynayırdıq və qarşımızda dünya çempionatına düşmək tapşırığı qoyulmuşdu. Bu tapşırığı futbolçular və məşqçi korpusu yerinə yetirdi. Oyuna gəlincə, biz ona nəzarət edirdik. Hesabda irəli çıxdıq. Kerjakov təkbətək çıxdığı epizodda oyunun nəticəsini müəyyənləşdirə bilərdi. Ümumilikdə uşaqlar istədilər, çalışdılar. Həmçinin, bizə qarşı mükafat vəd edilmiş, yüksək köklənmiş, azarkeşlərin dəstəyi olan rəqib oynayırdı. Bu, əsassız amil deyil. Ümumilikdə məşqçi qərargahını, futbolçuları təbrik etmək lazımdı. Biz dünya çempionatındayıq. Çoxdan idi ki, olmurduq, birinci yerlə çıxdıq.
 
– İkinci hissədə hesaba oynayan Rusiya yığması risk etmirdi ki?
– İstənilən məşqçi deyər ki, hesaba oynamaq lazımdı. Oyuna nəzarət edirdik və 1:0 bizi qane edirdi. Buna görə də oyunçular hesabı qoruyub saxlamağa çalışırdılar. Prinsipcə, az vaxt qalmışdı. Hə, standart vəziyyətdən qol vurmağa imkan verdik. Bu, futboldu, hər şey olur. Burada məzəmmət ediləsi nə var? Hamını asaq ki, Azərbaycanla 1:1 oynadıq?
 
– Azərbaycan yığması qələbə təqdirində vəd edilmiş böyük mükafatlardan “yana” bilərdimi?
– Niyə “yanmalıdırlar”? Düşünürəm ki, heç-heçəyə görə də mükafat olacaq. Əgər biz 5:0 udsaydıq, deyə bilərdik ki, onlar “yandılar”. Onlar oynadılar, çalışdılar. Onlar başa düşürdülər ki, Rusiya ilə açıq futbol çətin olacaq. Hardasa ,ikinci nəfəslə oynamağa çalışır, sürətli hücumlar keçirməyə cəhd edirdilər. Cənubda həmişə oyun intizamı ilə problemlər olub. Burada isə görünür ki, Foqts işləyir. Onlara oyun intizamı yeridilir. Onlar çalışıb bunu etdilər. Əhsən! Əhsən ki, on nəfərlə hesabı bərabərləşdirə bildilər. Azərbaycanlılar sevinirdilər, çünki Rusiya yığması ilə heç-heçəni qələbəyə bərabər tutmaq olar.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp