Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Napoli” – “Marsel” oyunu öncəsi Neapol təmsilçisinin azarkeşləri “Marsel”in futbolçularını daşıyan avtobusu daş-qalaq ediblər. Futbolinfo.az xəbər verir ki, çılğın fanatlar avtobusun bir neçə şüşəsini qırıb.
 
Buna baxmayaraq, Fransa klubunun heç bir oyunçusu xəsarət almayıb. Hadisənin UEFA Nizam-İntizam Komitəsi tərəfindən araşdırılacağı gözlənilir. Belə ki, “Napoli” “Arsenal”a qarşı keçirəcəyi növbəti ev görüşünü azarkeşsiz oynaya bilər.
 
Xatırladaq ki, dünən keçirilən görüş 3:2 hesabı ilə “Napoli”nin qələbəsi ilə başa çatıb.
Shares: