Futbol üzrə Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində yığdığı 4 xaldan sonra böyük ehtimalla FIFA-nın reytinq cədvəlində sıçrayış edəcək. Futbolinfo.az xəbər verir ki, Şimali İrlandiya üzərindəki qələbə (2:0) və Rusiya ilə heç-heçə (1:1) komandamızın mövqeyinə təsirsiz ötüşməyəcək.
 
Qeyd edək ki, yığmamızın hazırda 312 xalı var və 107-ci pillədə qərarlaşıb. Əldə etdiyimiz uğurlar bizə 92 xal gətirəcək və yığmamıza 407 xalla təxminən 88-90-cı yerlərə yüksəlmək imkanı verəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp