"Barselona"dan ayrılacağı gözlənilən Sesk Fabreqas bu vəziyyətdən məmnun deyil. Futbolinfo.az xəbər verir ki, ispan yarımmüdafiəçi klubdan ayrılmaq istəmədiyini açıqlayıb.
 
"El Mundo Deportivo"ya görə, təcrübəli futbolçu heç bir komandadan rəsmi təklif almadığını və yeni mövsümdən "Barselona"nı çalışdıracağı gözlənilən Luis Enrikenin oyun taktikasını çox bəyəndiyini vurğulayıb.
 
Qeyd edək ki, Fabreqasla "Mançester Yunyated", “Arsenal” və "Mançester Siti" yaxından maraqlanır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp