Sabah "Qarabağ" Premyer Liqada "İnter"lə vacib qarşılaşmaya çıxacaq. Futbolinfo.az xəbər verir ki, bəlkə də çempionatın ən vacib görüşünə saatlar qala Ağdam klubunun düşərgəsində xoş bir sürpriz yaşanıb.
 
Belə ki, daim komandasının yanında olan, ən həssas məqamlarda dəstəyini göstərən, inamını nümayiş etdirən "Qarabağ"ın başqanı Tahir Gözəl komanda üzvlərini ziyarət edib. Komandanın təlim-məşq üçün yığışdığı otelə gedən Tahir bəyi görən baş məşqçi Qurban Qurbanov və kapitan Rəşad Sadıqov təəccübləniblər. Başqanın ani gəlişini xoşhallıqla qarşılayan baş məşqçi və kapitan Tahir bəyin ziyarətindən məmnuniyyətini ifadə ediblər. Sürpriz dəstək ziyarətində başqanla çay süfrəsindəki sohbət 1 saat davam edib. Başqan komandanın son durumu ilə maraqlanıb, mövcud durumla bağlı ətraflı bilgi alıb. Sabah "İnter"lə qarşılaşacaq komandaya inandığını bildirən Tahir bəy "Qarabağ" camiəsinin bugünlərdə bütünləşdiyini və ən böyük uğurları gözlədiyini ifadə edib. O, sabahkı oyunda da "Qarabağ"a uğurlar arzulayıb. Başqan baş məşqçiylə və kapitanla sağollaşanda komandaya inancını bir daha nümayiş etdirib.
 
İşlərinin çoxluğuna baxmayaraq, Tahir bəy oteldən ayrılaraq dərhal Suraxanıya yollanıb. O, Suraxanı qəsəbə stadionu ərazisində "Qarabağ"ın yeni bazasının – otel inşaatının tamamlama mərhələsiylə tanış olub. İnşaatla yaxından tanış olan başqan tamamlama prosesinin daha da sürətləndirilməsini tövsiyə edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp