Bu gün Topaz Premyer Liqasının 34-cü turunun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, artıq baş tutacaq oyunların hakim təyinatları da bəllidi.
 
Turun mərkəzi oyununda Orxan Məmmədov fit çalacaq. Xaqani Məmmədov "Qarabağ" – "İnter" qarşılaşmasına gənc hakimi ezam edib. Ağdam klubu cari çempionatda cəmi 2 dəfə sözügedən referinin idarəçiliyini görüb. Bu görüşlərin birində məğlub olan "köhlən atlar" digərini qələbə ilə başa vurub. Paytaxt təmsilçisi isə artıq 7-ci dəfə Məmmədovun fitinin səsini eşidəcək. 6 oyunda yalnız 1 dəfə xalsız qalan "İnter" qalan bütün oyunlarda qələbəyə sevinən tərəf olub.
 
Qəbələdə keçiriləcək matça Rəhim Həsənov təyinat alıb. Referi cari mövsümdə artıq 4-cü dəfədi ki, Qəbələyə yollanır. "Qəbələ" ümumilikdə 7-ci dəfə "qırmızı-qaralar"ın oyununu idarə edəcək. Bundan əvvəlki 6 görüşün 5-dən qalib ayrılan Yuri Syominin komandası yalnız 1 oyunda meydanı başıaşağı tərk edib. "Bakı" isə geridə qalan turlarda 7 dəfə Rəhimovun idarəçiliyini görüb. Bundan əvvəl 2 dəfə məğlub olan və eyni sayda 1 xalla kifayətlənən Milinko Pantiçin yetirmələri 4-cü qələbə üçün çalışacaq.
 
Lənkəranda baş tutacaq "Xəzər Lənkəran" – "Sumqayıt" oyunu isə Vüsal Əliyevə həvalə edilib. Maraqlı məqam ondadı ki, Aqil Məmmədovun komandası Əliyevin təyinatı ilə çıxdığı oyunların heç birində qələbə qazana bilməyib. Belə ki, 5 görüşün 1-də sülh bağlayan "gənclik şəhəri" təmsilçisi qalan 4 oyunu məğlub başa vurub. Bu referini "ağ-yaşıllar" üçün uğurlu hesab etmək olar. Əliyevin idarə etdiyi oyunların 5-də meydana ayaq basan Mustafa Dənizlinin komandası bu görüşlərdə 7 xal qazana bilib – 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət.
 
AZAL – "Neftçi" qarşılaşmasında Fariz Yusifov tər tökəcək. Əksər hakimlərin idarəçiliyindən narazı qalan "ağ-qaralar" bir dəfə də olsun Yusifovun təyinatından şikayət etməyib. Şüvəlan təmsilçisi bu mövsüm 5 dəfə adıçəkilən hakimin idarəçiliyi ilə oyuna çıxıb. Bunların 3-də meydanı xalsız tərk edən "təyyarəçilər" qalan 2 oyunda 1 xala razılaşıb. "Neftçi"də isə statistika bərabərlik təşkil edir. Belə ki, 6 dəfə Yusifovun fit çaldığı oyunda tər tökən komanda 3 dəfə qələbə qazanıb və eyni sayda heç-heçə əldə edib.
 
Ömər Paşayevin təyinatı paytaxtda keçirilən digər bir oyuna verilib. Paşayevin cari mövsümdə idarə etdiyi oyunların statistikası həm "Rəvan", həm də "Simurq" üçün maraqlıdı. Artıq 5-ci dəfə Paşayevin idarəçiliyi ilə meydana çıxacaq komandaların hər ikisi bundan əvvəl 3 dəfə məğlub olub, 1 dəfə isə 1 xala sevinib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp