Bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən "Mançester Yunayted" heyətini Dortmund "Borussiya"sının futbolçusu Marko Roysla gücləndirməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, Premyer Liqa nəhəngi artıq bu istiqamətdə işlərə də start verib.
 
Məşhur alman dərgisi "Bild"in xəbərinə görə, "qırmızı şeytanlar" Almaniya millisinin 24 yaşlı yarımmüdafiəçisi üçün qarşı tərəfə 40 milyon avroluq təklif göndərib.
 
Roys "Mançester Yunayted"in yeni baş məşqçisi olacağı gözlənilən Lui Van Qalın transfer siyahısında yer alıb.
 
Xatırladaq ki, "Borussiya"nın keçmiş oyunçusu, hazırda "Bavariya"nın uğurları üçün tər tökən Mario Qötse ötən ay açıqlamasında bildirmişdi ki, Roys "Mançester Yunayted"də oynamaq istəyir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp