Madrid "Real"ının lideri Kriştianu Ronaldo "Barselona"nın hücumçusu Neymarı tərifləyib. Futbolinfo.az xəbər verir ki, o, həmkarının oyununa heyran qaldığını deyib: "Neymarın son zamanlar göstərdiyi oyun möhtəşəm bir karyeraya sahib olacağından xəbər verir. "Barselona"ya rahat şəkildə uyğunlaşdığını demək olmaz. Ancaq dünyanın ən yaxşı oyunçularından biri olacağına şübhə yoxdu".
 
Ronaldo Portuqaliya millisinin Dünya çempionatındakı şansını da dəyərləndirib: "Favorit deyilik, ancaq əlimzdən gələni edəcəyik. çətin qrupa düşdüymüzü bilirik. Məncə, ən çətin qrupda mübarizə aparacağıq. Sonda nələr olcağını birlikdə görəcəyik".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp