“Mançester Yunayted”in canlı əfsanəsi Rayan Giqqz doğma evi “Old Trafford”la vidalaşıb, amma futbolçu kimi. Futbolinfo.az xəbər verir ki, uelsli dünən stadiona sonuncu dəfə futbolçu kimi meydana çıxıb.
 
"Qırmızı şeytanlar"da baş məşqçi səlahiyyətlərini də yerinə yetirən məşhur futbolçu ötən gecə Premyer Liqada "Hall Siti" ilə oyunun 70-ci dəqiqədə Tom Lourensin əvəzinə oyuna daxil olub.
 
“Mançester Yunayted” məhz Giqqzin köməiyi ilə oyunda üçüncü qolunu vurub. Matçdan sonra alqışlanan 40 yaşlı oyunçu təntənəli mərasimlə yola salınıb.
 
Onun mövsüm bitdikdən sonra karyerasını rəsmən bitirəcəyi gözlənilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp