"Bayer"in aparıcı futbolçularından olan Lars Bender bu yay "Arsenal"a transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, Leverkuzen klubunun yarımmüdafiəçisi məşhur alman dərgisi "Bild"ə bunları deyib:
 
"Bayer"lə müqaviləm 2019-cu ilə qədərdi. Burada xoşbəxtəm. Bunun dəyişmək məcburiyyətində deyiləm. Təkliflər olsa da, ayrılmaq istəmirəm. Bu mövsüm yaxşı oyun sərgiləyə bilmədim. Ancaq tezliklə hər şeyi yoluna qoyacam".
 
Daha öncə yayılan xəbərdə bildirilirdi ki, Bender "Arsenal"a transfer olunacaq futbolçuların siyahısında ilk pillədə dayanır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp