İspaniyanın "Real" (Madrid) klubunun futbolçuları rəhbərliyə etiraz edib. Futbolinfo.az xəbər verir ki, buna səbəb onların həyat yoldaşı və ailələrinə verilən pulsuz biletlərinin sayının azaldılmasıdı. Yeni pulsuz bilet tətbiqinə görə, La Liqa nəhənginin formasının geyinən hər bir futbolçu 50 oyun bileti yerinə 25 bilet ala biləcək.
 
Mayın 24-ü Lissabonda keçiriləcək Çempionlar Liqası final qarşılaşmasında qüvvəyə minəcək bu qərar futbolçuların xoşuna gəlməyib. Madrid təmsilçisinin oyunçuları klub prezidenti Florentino Pereslə görüş tələb ediblər. O isə bunun idarə heyətinin qərarı olduğunu bildirərək geri addım atmayacaqlarını bildiriblər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp