"Barselona"nın lideri Lionel Messinin başı vergi bəlasından ayılmır. Futbolinfo.az xəbər verir ki, İspaniya Maliyyə Nazirliyi argentinalı haqda yeni araşdırmaya başlayıb. Keçən il az qala həbs cəzası ilə qarşı-qarşıya qaldığı və sonradan razılaşmanın əldə edildiyi vergi borcundan sonra təcrübəli forvard yenidən problemlə üzləşib.
 
Dünyanın ən çox qazanan futbolçularından olan Messinin bu gedişlə bank hesabındakı pul get-gedə azalacaq. Bir ildi hesabları araşdırılan futbolçunun faizi ilə birlikdə 35-41 milyon avro vergi verəcəyi iddia edilir.
 
Messinin menecerlik işlərindən başqa maliyyə işlərini də idarə edən atası Xorxe Messi keçən avqust ayında 5 milyon avro cəza ödəmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp