"Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayevin bir neçə gün öncə baş tutan məşqlərin birində zədələndiyini xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, həkim müayinəsindən sonra yığmamızın da şərəfini qoruyan futbolçunun zədəsinin ciddi olduğu üzə çıxıb.
 
Belə ki, Abdullayev ən azı üç həftə yaşıl meydanlardan kənar qalacaq. Bu isə Arazın həm bu gün keçiriləcək AZAL, həm də mövsümün qalan oyunlarında meydanda olmayacağı anlamına gəlir. Hətta yarımmüdafiəçi kubokun finalında "Qəbələ"yə qarşı da forma geyməyə bilər.
 
Qeyd edək ki, bu zədə səbəbindən Abdullayev yığmamızın ABŞ toplanışına da aparılmayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp