FİFA prezidenti Yozef Blatter irqçiliklə bağlı növbəti açıqlamasını verib. Futbolinfo.az xəbər verir ki, qurum rəhbəri son zaman genişlənməkdə olan irqçi şüar və hərəkətləri narazılıqla qarşılayıb:
 
“Bu cür hərəkətlərə yol verən azarkeşlərin dəstəklədiyi klub ağır cəzalandırılmalıdı. Blatter bildirib ki, həmin klubunun ya xalı silinməli, ya da aşağı liqaya düşürülməlidir. Bu cür cəzalar verilsə, irqçilik bitəcək".
 
Qeyd edək ki, sonuncu dəfə "Vilyareal"la La Liqa matçında "Barselona"nın futbolçusu Daniel Alveşə azarkeşlər tərəfindən banan atılmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp