"Yuventus"un aparıcı üzvü Arturo Vidal bir müddət komandadan uzaq qalacaq. Futbolinfo.az xəbər verir ki, təcrübəli futbolçu bu gün əməliyyat olunacaq.
 
Klubun saytından verilən məlumata görə, uzun müddətdi sağ dizindən problemlər yaşayan yarımmüdafiəçinin əməliyyatı çətin deyil. O, DÇ-2014 başlayanadək tam sağalacaq və Çili millisnin heyətindəki yerini alacaq.
 
Bununla da Vidal A seriyasında "Roma" və "Kalyari" ilə görüşlərdə meydanda olmayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp