Portuqaliyanın “Portu” klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, Paulo Fonseka ilə yollarını ayıran Portu təmsilçisi Xulen Lopeteqi ilə razılığa gəlib. Vaxtilə "Real", "Barselona" və "Rayo Valekano"da qapıçı olmuş sabiq futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, rəhbərlik mövsümün əvvəlində Fonsekanın qarşısına çempionluq tələbi qoymuşdu. Lakin o, bunu rellaşdıra bilmədiyindən belə bir addım atılıb.
 
Lopeteqi son olaraq İspaniyanın 21 yaşlılardan ibarət yığmasını çalışdırmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp