Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç arzusunda olduğu mükafatdan danışıb. Futbolinfo.az xəbər verir ki, o, 32 yaşında olmasına baxmayaraq, hələ də Çempionlar Liqasını qazana bilməməsinə təəssüflənib:
 
"Karyeramda yeganə əskiklik Çempionlar Liqasını qazana bilməməyimdir. Hərdən təəssüflənsəm də, bunu özümə dərd etmirəm. Ümid edirəm ki, bir gün bu kuboku qazanacağam. Əgər bunu bacarmasam belə, heyfislənməyəcəm. Çünki adımı futbol tarixinə yazdırmaq üçün kifayət qədər çalışdığımı düşünürəm".
 
PSJ son iki mövsümdə turniri 1/4 finalda tərk edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp