Mayın 27-də San Fransisko şəhərində ABŞ yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Futbolinfo.az xəbər verir ki, Araz Abdullayev zədəli olduğu üçün heyətdən çıxarılıb.
 
Adı ehtiyat oyunçular siyahısında olan Ufuk Budak (Qaziantep BB, Türkiyə) və Pərdis Fərcad-Azad (“Sumqayıt”) heyətə dəvət edilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp