Topaz Premyer Liqasının 2013/14 mövsümü başa çatmamış "Bakı"da ilk ayrılıq yaşanıb. Futbolinfio.az xəbər verir ki, "zolaqlılar"ın makedoniyalı qapıçısı Edin Nuredinoski  artıq komandanı tərk edib.
 
Saytımıza açıqlama verən klubun vitse-prezidenti Yaşar Seydiov legioner qapıçın getməsinin səbəbini belə izah edib: "Edin Nuredinoskinin müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. O, onsuz da heyətə düşə bilmirdi. Baş məşqçi ilə söhbət etdikdən sonra "Bakı"nı tərk etdi. Onu da başa düşmək olar. Oynamırsa, özünə klub tapmalıdı. Biz də razılaşdıq ki, gedib özünə komanda tapsın".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp