Topaz Premyer Liqasının 34-cü turunda səfərdə "Qəbələ" ilə qarşılaşan "Bakı" Qəbələyə tam heyətlə yollanmayıb. Azerisport.az xəbər verir ki, bu oyun öncəsi baş məşqçi Milinko Pantiç dörd aparıcı futbolçunun xidmətindən məhrum olub.
 
Bunlar Ruben Qonsales, Risto Ristoviç, eləcə də yerli futbolçular – Rauf Əliyev və Cavid Hüseynovdu. Onların son qiyamla əlaqədar Qəbələyə getmədiyi iddiaları olsa da, klub rəsmiləri adıçəkilən futbolçuların zədəli olduğu üçün səfərə aparılmadığını bildirir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp