Yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Barselona"nın növbəti transfer hədəfi üzə çıxıb. Futbolinfo.az xəbər verir ki, müdafiədəki problemləri həll etmək istəyən Kataloniya təmsilçisi "Mançester Siti"nin müdafiəçisi Vinsent Kompaniyə "elçi" düşüb.
 
"Barselona"nın nümayəndələri yaxın günlərdə bu transfer üçün Mançesterə gedəcəklər. Tərəflər arasında razılıq əldə olunarsa, belçikalı futbolçu yeni mövsümdən "Barselona"nın şərəfini qoruyacaq.
 
Qeyd edək ki, Kompani bu mövsüm 30 oyunda meydana çıxıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp