Türkiyənin "Beşiktaş" klubu bir müddətdi danışıqlar apardığı braziliyalı futbolçu Dieqo Ribasla razılığa gəlib. Futbolinfo.az xəbər verir ki, nüfuzlu idman kanalı "NTV spor" bu haqda xəbər yayıb.
 
Xəbərə görə, ilk olaraq qış transfer dönəmində "Beşiktaş"ın gündəminə gələn Dieqo "ağ-qaralar"la razılığa gələ bilməmişdi.
 
Yanvarda 6 aylığa "Volfsburq"dan "Atletiko"ya icarəyə verilən Dieqo mövsümün sonunda sərbəst qalacaq. "Beşiktaş" təzminat ödəməyəcəyi Dieqo ilə 3 illik razılıq əldə edib.
"Ağ-qaralar" braziliyalı futbolçuya illik 3 milyon avro maaş ödəyəcəyi planlaşdırılır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp