"Mançester Yunayted"in aparıcı üzvü Fil Cons zədələnib. Futbolinfo.az xəbər verir ki, stopper Premyer Liqada “Hall Siti” ilə oyunda xəsarət alıb. Onun zədəsinin ciddi olduğu bildirilir.
 
Buna görə Fil yayda Braziliyada təşkil olunacaq dünya çempionatını buraxmaq təhlükəsi ilə üz-üzə qalıb. İngiltərə millisinin 22 yaşlı müdafiəçisi sözügedən qarşılaşmada çiyni çıxıb.
 
Yaxın vaxtlarda onun zədəsi ilə bağlı dəqiq açıqlama veriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp