Topaz Premyer Liqasının 34-cü turunun "Qəbələ" – "Bakı" matçının sonlarında bir sıra diqqətçəkən məqamlar yaşandı. Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatan görüşün son dəqiqələrində topdaşıyan uşaqlardan biri topu futbolçuya telefonla danışa-danışa atdı ki, belə maraqlı görüntünü futbolda hər gün görmək olmur.
 
Daha bir maraqlı məqam isə "Qəbələ"yə demək olar ki, ciddi müqavimət göstərə bilməyən rəqibin zəif oyunundan ruhlanan qəbələli azarkeşlərin qapıçı Kamran Ağayevin də hücumlara qoşulmasını tələb etməsi oldu. Yığmamızın da şərəfini qoruyan qapıçı isə onlara gülümsəməklə cavab verdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp