"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin rusiyalı çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
"Fikrimcə, ilk hissədə pis oynamadıq. İkinci hissədə isə futbolçularım vaxt aparmağa çalışdı. Bunun üçün də ikinci hissədə oyunumuz elə də yaxşı alınmadı. Buna baxmayaraq, nəticə bizim xeyrimizə oldu. Siz bizi nə qədər tənqid etsəz də, qarşımıza qoyulan məqsədə çatdıq. Nəticədə Avroliqaya vəsiqə qazandıq. Bu münasibətlə də klub rəhbərliyini, azarkeşlərimizi təbrik edirəm. Kamran Ağayev təcrübəli qapıçıdı. İstədiyi vaxt irəli çıxır. Bu da onun verdiyi qərardı".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp