"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar"ın serbiyalı çalışdırıcısı 1:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
"Ədalətli nəticə oldu. Rəqib qapısı qarşısında çoxlu qol vəziyyətləri yaratsaq da, bundan istifadə edə bilmədik. "Qəbələ" isə qapıya 3 dəfə yaxınlaşdı və hər cəhdində bundan istifadə etdi. Bu da futbolda keyfiyyət adlanır. Rəqib komandanın hücum xəttində keyfiyyətli futbolçular var. Bu gün bizdən daha üstün oynadıqları üçün qələbə qazandılar. Top sahib olma faizi bizdə üstünlük təşkil etsə də, bu, hesabda özünü göstərmədi. Aparıcı oyunçularımız zədəli və cəzalı olduğu üçün bu matça gələ bilmədi. Bu da istər-istəməz öz təsirini göstərdi. "Qəbələ"ni Avroliqaya vəsiqə qazandığı üçün təbrik edirəm. Onlara ölkə kubokunun final matçında uğurlar arzu edirəm. İstərdim ki, asan rəqiblər düşsün və mərhələ adlasınlar". 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp